İKT

Bu texnologiya sayəsində sərhədi keçməyə bilərsiniz - SİFƏTİNİZ TANINACAQ
17 OKTYABR
204

Bu texnologiya sayəsində sərhədi keçməyə bilərsiniz - SİFƏTİNİZ TANINACAQ

2018-10-17 15:23:00

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və terminallarda sifətin tanınması texnologiyasını tətbiq edəcək.

Fins.az xəbər verir ki, hazırda ölkənin şəhərlərinə uçan sərnişinlər beynəlxalq reyslərin sərnişinləri ilə müqayisədə sadələşdirilmiş yoxlanışdan keçirlər. Məsələn, yoxlanış pasportun skan edilməsi ilə bitir, barmaq izi və digər biometrik məlumatlar isə skan edilmir.

Eləcə də bax:Sosial şəbəkələrdən pul qazananların diqqətinə

Administrasiya nümayəndələrinin fikrincə, daxili reyslər üzrə uçan sərnişinlər üzərində nəzarətin gücləndirilməsi aeroportların təhlükəsizlik səviyyəsini artırmağa və terror aktlarının qarşısını almağa imkan verəcək. Bu məqsədlə sahə üzrə tənzimləyici orqan ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətləri tərəfindən toplanan ölkə vətəndaşlarının və əcnəbilərin fotoşəkilləri əsasında neyroşəbəkə hazırlamağı planlaşdırır.  

Sistemin sınaqlarına ilin sonunadək Atlanta şəhərində yerləşən “Hartsfield-Jackson” beynəlxalq aeroportunda başlamaq planlaşdırılır. Sifətin tanınması sərnişinlərin qeydiyyatdan keçməsi və baqajın təhvil verilməsi zamanı həyata keçiriləcək.

“ICTnews” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258