İKT

Messenger MESAJLARINIZI siləcək
17 OKTYABR
98

Messenger MESAJLARINIZI siləcək

2018-10-17 15:17:00

Facebook” sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.
 
Fins.az xəbər verir ki, “Facebook Messenger”in istifadəçiləri göndərilmiş mesajları yalnız öz çatından deyil, həmçinin qəbul edənin çatından silə biləcəklər. Sözügedən funksiyanın bütün istifadəçilərə əlçatan olacağı vaxt dəqiq məlum deyil, amma bildirilib ki, bu, yaxın gələcəkdə baş verəcək. Çox güman ki, mesajı göndərilmə anından ötən müəyyən müddət ərzində silmək mümkün olacaq.
 
Məlumat üçün bildirək ki, belə imkan artıq başqa sosial şəbəkə və messencerlərdə, həmçinin “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində reallaşdırılıb.

Eləcə də bax:Sosial şəbəkələrdən pul qazananların diqqətinə

“ICTnews”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250