İKT

Gələcəkdə kosmosda yaşayacaq insanların sayı AÇIQLANDI - 1 TRİLYON
17 OKTYABR
594

Gələcəkdə kosmosda yaşayacaq insanların sayı AÇIQLANDI - 1 TRİLYON

2018-10-17 12:55:00

Dünyanın ən zəngin adamı olan Amazon-un qurucusu Cef Bezos gələcəkdə 1 trilyon insanın kosmosda yaşayacağını söyləyib.

Onlayn alış-veriş nəhəngi Amazon-un təsisçisi və İcraçı direktoru olan Cef Bezos, iştirak etdiyi konfransda kosmik şirkəti "Blue Origin"in hədəflərindən bəhs edib və çox danışılacaq açıqlamalar verib.

Fins.az xəbər verir ki, bəşəriyyətin artıq Günəş Sisteminə yayılmaq vaxtının çatdığını vurğulayan Bezos, gələcəkdə kosmosda 1 trilyon insanın yaşayacağını bildirib.

Sahibi olduğu kosmik şirkəti "Blue Origin"i "üzərində işlədiyim ən vacib iş" kimi xarakterizə edən Bezos, "Milyonlarla insanın kosmosda yaşadığı və çalışdığı bir gələcək xəyal edirəm. Əlbəttə, mənim bu uzun müddətli hədəfin tamamlandığı günləri görməyim mümkün deyil", ifadələrini istifadə edib.

Eləcə də bax:“Apple” istifadəçiləri üçün şad xəbər

Planetimizin ən zəngin insanı olan Bezos, kosmos araşdırmalarının önündəki ən böyük maneələrdən birinin yüksək xərclər olduğunu bildirib.

Marja

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250