İKT

10 trilyon kadr çəkən KAMERA
16 OKTYABR
117

10 trilyon kadr çəkən KAMERA

2018-10-16 15:10:00

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər.

Fins.az xəbər verir ki, “T-CUP” qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. “T-CUP” 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

Mütəxəssislər ümid edir ki, texnologiya biotibb sahəsində tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

“ICTnews” 

Eləcə də bax:"Samsung"un daha bir yeni model - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254