İKT

"Apple" məhsullarında ENDİRİM
15 OKTYABR
88

"Apple" məhsullarında ENDİRİM

2018-10-15 14:44:00

“Apple” korporasiyasının 23 noyabra düşəcək “Qara Cümə” (Black Friday) günü edəcəyi endirimlər məlum olub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, insayderlərin məlumatına görə bu il şirkətin iPhone XR smartfonlarına 200 ABŞ dolları endirim edəcəyi, həmçinin iPhone XS, iPhone XS Max və iPhone XR alışı zamanı 300 dollarlıq hədiyyə kartı verəcəyi gözlənilir.

13,3 diaqonal ekranlı "Apple MacBook"a endirim 325 dollar, 12 düymluq noutbuka – 250 dollar təşkil edəcək. Eyni endirim 13,3 diaqonal ekranlı "Apple MacBook Pro"ya da aid olacaq.

Bundan başqa 9,7 düymluq "Apple iPad" cihazını 229 dollara almaqla, 100 dollar qənaet etmək mümkün olacaq. "Apple iPad Mini 4" üçün endirim isə 160 dollar təşkil edəcək.

Şirkətin ağıllı saatları "Apple Watch Series 4" cəmi 20 dollar ucuzlaşacaq.

Eləcə də bax:“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257