İKT

“Android” sistemi üçün yeni təhlükəli virus aşkarlanıb
15 OKTYABR
127

“Android” sistemi üçün yeni təhlükəli virus aşkarlanıb

2018-10-15 12:13:00

“Cisco” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri “Android” əməliyyat sistemi üçün yeni fırıldaqçı virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

Fins.az xəbər verir ki, mütəxəssislər tərəfindən “Gplayed” adlandırılan təhlükəli proqramın yaradılmasında cinayətkarlar rəsmi “Google Play” əlavəsinin surətini çıxararaq istifadə ediblər. Yüklənmədən sonra qurğunun ekranında “Google Play Marketplace” imzası ilə işarə görünüb.

Məlumata görə, inzibatçılıq hüquqlarına malik proqram kibercinayətkarlara qurğunu məsafədən idarə etməyə imkan verib. Onlar müstəqil şəkildə qurğunu bloklaya və ya onu zənglərin edilməsi və ya bildirişlərin göndərilməsi üçün istifadə edə biliblər. Qurğunun yaddaşında saxlanılan informasiya ilə yanaşı, əlavə ödəniş məlumatlarını oğurlayır.

Eləcə də bax:Daha elektron poçt məlumatlarını cavablamağınıza ehtiyac qalmayacaq

Mütəxəssislərin sözlərinə görə, hazırda cinayətkarlar tərəfindən aktiv sınaqdan keçirilən yeni texnologiya gələcəkdə “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün ciddi təhlükə törədə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258