İKT

SİM kartsız işləyən İLK SMARTFON
15 OKTYABR
187

SİM kartsız işləyən İLK SMARTFON

2018-10-15 12:06:00

"Pundi X" kriptovalyuta startapı blokçeyn texnologiyası əsasında işləyən "XPhone" adlı yeni smartfon təqdim edib. Qurğu zəngləri öz şəbəkəsinin qovşaqları vasitəsilə edir.

Fins.az xəbər verir ki, şirkət smartfonla yanaşı, blokçeyn əsasında ilk "Function X" əməliyyat sistemini və mobil qurğular üçün rabitə protokolunu nümayiş etdirib. Onun vasitəsilə istifadəçilər ənənəvi mobil rabitə operatorlarından asılı olmayaraq zənglər edə, bildirişlər göndərə və məlumatlar göndərə bilərlər. Belə ki, telefon zəngləri blokçeyn üzərindən edilərək mobil nömrəyə ehtiyacı aradan qaldıracaq.

Məlumata görə, "Function X" istehsalçı tərəfindən blokçeyn əsrində yeni məlumat ötürmə protokolu adlandırmaqla innovasiyanın blokçeyn texnologiyasının maliyyə sahəsindən kənar tətbiqini genişləndirəcəyinə ümid edir. Bundan əlavə, şirkət "FXTP" desentralizasiya edilmiş fayl saxlama sistemini təqdim edib.

Eləcə də bax:Yeni “Samsung Galaxy A9” smartfonu arxa kamerasının sayı ilə fərqlənir

Layihə müəlliflərinin fikrincə, "XPhone" və "Function X" əhatəlilik problemi üçün həll olunacaq və blokçeyni real dünya ilə birləşdirməyə kömək edəcək.

"ICTnews" 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255