İKT

“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ
12 OKTYABR
889

“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

2018-10-12 18:46:00

"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

Fins.az xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

Qeyd olunan boşluğun avqustda aşkarlanmasına baxmayaraq problem əlavənin yenilənməsi ilə sentyabrın sonunda həllini tapıb. Messencerin köhnə versiyası isə təhlükə altında olaraq qalır.

Bundan əvvəl "WhatsApp" əlavəsində hakerlərə məlumatları ələ keçirərək onların məzmununu dəyişməyə imkan verən boşluq aşkarlanıb.

"ICTnews" 

 Eləcə də bax:Yeni “Samsung Galaxy A9” smartfonu arxa kamerasının sayı ilə fərqlənir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260