İKT

Ən təhlükəsiz smartfon hansıdır?
12 OKTYABR
640

Ən təhlükəsiz smartfon hansıdır?

2018-10-12 12:27:00

“MarketWatch” təşkilatının ekspertləri dünyada ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər.

Fins.az xəbər veir ki, mütəxəssis Cessika Orteqanın sözlərinə görə, “Apple” şirkəti qurğuların kənar təsirlərdən mühafizəsi məsələsinə ciddi yanaşır və boşluqları aradan qaldırmağa çalışır. “Android” əməliyyat sistemi isə reklam şirkətləri üçün qurğuların məlumatlarını toplayaraq onları “Google” şirkətinin serverlərinə göndərir.  
“iPhone” modelinin təhlükəsizliyinə baxmayaraq ekspert David Qinzburq smartfonun aktivliyinin hər istifadəçi tərəfindən müstəqil şəkildə idarə olunmasını vacib hesab edir. Bu onunla əlaqədardır ki, hətta ən etibarlı qurğunun quraşdırılmış mühafizə sistemi istifadəçini mənfi nəticələrdən tam qoruya bilmir. O qeyd edib ki, smartfonun mühafizəsi bütün istifadəçilərin fərdi təhlükəsizlik amillərindəndir.

“ICTnews”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256