İKT

Amazon «Google»un reklamlarını əlindən almağa başlayıb
11 OKTYABR
86

Amazon «Google»un reklamlarını əlindən almağa başlayıb

2018-10-11 15:37:00
Dünyanın reklam bazarında ciddi yenilik var. Fins.az xəbər verir ki, son vaxtlar onlayn satış bazarında ciddi uğurlar qazanmış, dünyanın ən böyük satış platforması olan «Amazon» indi də reklam bazarında hücuma keçib. 

Artıq bəzi şirkətlər Google-da xərclədikləri reklam büdcəsinin yarıdan çoxunu Amazon-dakı reklama xərcləməyə başlayıblar. Söhbət bir neçə yüz milyon dollardan gedir. 
Amazon-un bu sahədəki uğuru Google-nun ana şirəti olan Alphabet üçün nadir təhlükələrdən birinə çevrilə bilər. Qeüd edək ki, ötən il bu şirkət reklamdan 95,4 milyard dollar qazanıb, bu məbləğ şirkətin bütün gəlirlərinin 86%-i deməkdir. 

Google ənənəvi olaraq ABŞ-ın rəqəmsal reklam bazarında əsas platforma sayılır. GÖzlənilir ki, 2018-ci ildə şirkət bütün reklamların 37%-nə sahib olacaq. Və indiyədək «Alphabet»in reklam gəlirlərinə heç bir təhlükə yox idi. Üstəlik, 2018-ci ilin birinci yarısında reklam gəlirlərinin artma sürəti ötən ilin ilk yarısını üstələyib.  
Məlumatda bildiriir ki, hələlik heç də bütün şirkətlər reklamlarını Amazon-a keçirmirlər. Əsas köçürülmə gündəlik tələbat mallarına aiddir. Hələlik reklam bazarının «yağlı tikələri» sayılan avtomobil və turizm şirkətləri də Amazona keçmirlər, çünki burada həmin məhsullar satılmır, hələlik. Üstəlik, reklamı başqa mənbələrdən çəkərək Google-a, o cümlədən YouTube-a yerləşdirənlər də var. 

Eləcə də bax:Ramin Quluzadə genişzolaqlı şəbəkədən danışdı

Bununla yanaşı, 6 reklam agentliy inin menecerləri etiraf edirlər ki, Amazon reklam sahəsində böyük uğurlar qazanır. Bunu «eMarketer»ni son hesabatı da təsdiqləyir. Həmin hesabata görə, hazırda Amazon şirkəti Amerikada Google və Facebook-dan sonra ən böyük 3-cü reklam platforması sayılır. 

Menecerlərdən biri bildirib ki, bəzi brendlər ona görə Amazonu seçirlər ki, burada reklamlar birbaşa satışın içərisindədir. 
«Survata»nın məlumatına görə isə internetdə hər hansı malı axtaranda 49% hallarda həmin malın axtarışı Amazondan başlanır. 
Digər meneger isə bildirib ki, bəzi şirətlər artıq bir neçə yüz milyon dollarlıq reklamı Google-dan çəkib Amazon-a yerləşdiriblər. 
Görünür, Google-da da bu təhlükəni his edərək hazırlığa başlayıblar. Sentyabrın sonunda Google şirkəti maliyyə məhsulları və xidmətlərinin reklamı qaydalarını dəyişib. Nəticədə əgər indiydəək burada kriptovalyutaların (məsələn, bitkoinin) reklamı qadağan idisə, indi bu qadağa aradan qaldırılıb. Hazırda şirkət ABŞ və Yaponiyada tənzimlənən kriptovalyuta birjalarının reklamlarını yerləşdirir. 

FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259