İKT

UTECA Texnoparkının məhsulları beynəlxalq sərgidə
11 OKTYABR
81

UTECA Texnoparkının məhsulları beynəlxalq sərgidə

2018-10-11 10:24:00

Azərbaycan Texnologiya Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək.

Universitetin mətbuat xidmətindən bölgə müxbirinə bildirilib ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgidə Azərbaycan Texnologiya Universitetinə aid stenddə UTECA Texnoparkının yüngül sənaye, o cümlədən xalçaçılıq, şərab, gön-dəri və sair məhsulları sərgilənəcək.

Eləcə də bax:İki yeni “Huawei” prosessoru buraxılıb

Qeyd edək ki, Azərbaycan beynəlxalq karyera sərgisi hər il aparıcı ali və orta ixtisas təhsili müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Məhz bu təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260