İKT

"AzerTelecom" Aşqabadda
11 OKTYABR
92

"AzerTelecom" Aşqabadda

2018-10-11 09:50:00

Aşqabadda, Türkmənistan Ticarət və Sənaye Palatasının binasında “Türkməntel-2018” XI Beynəlxalq Konfrans və Sərgisi keçirilir.

Fins.az xəbər verir ki, konfransda 21 ölkədən 80-dən çox xarici rabitə və yayım şirkəti iştirak edir. Sony, Huawei, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom şirkətlərinin iştirak etdiyi konfrans və sərgidə Azərbaycanı "AzerTelecom" internet provayder şirkəti təmsil edir.

 Eləcə də bax:Ramin Quluzadə genişzolaqlı şəbəkədən danışdı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

"AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayder şirkətidir. Şirkətin sərgidə iştirak etməkdə məqsədi telekommunikasiya xidmətlərinin yerli və beynəlxalq iştirakçılara təqdim edilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258