İKT

İki yeni “Huawei” prosessoru buraxılıb
10 OKTYABR
334

İki yeni “Huawei” prosessoru buraxılıb

2018-10-10 17:40:00

“Huawei” şirkəti süni intellekt sistemləri üçün “Ascend” prosessorlarını təqdim edib. Onlar “Qualcomm” və “NVIDIA” şirkətlərinin analoji həlləri ilə rəqabət aparacaq.

Fins.az xəbər verir ki, məlumata görə, “Ascend 910” çipi məlumat emalı mərkəzlərində istifadə, “Ascend 310” isə smartfon, “ağıllı” saat, “Əşyalar interneti” qurğuları və s. internetə qoşulan qurğular üçün nəzərdə tutulub.

“Ascend 910” prosessoru 7 nanometrlik, “Ascend 310” isə 12 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Bundan başqa, “Ascend 310” prosessorunun maksimal enerji sərfiyyatı 8 vatt təşkil edir.  

Eləcə də bax:Ramin Quluzadə genişzolaqlı şəbəkədən danışdı

Prosessorlar əsasında sistemlərin 2019-cu ilin ikinci rübündə satışa çıxarılması nəzərdə tutulur. Bundan başqa, növbəti ildə “Huawei” şirkətinin süni intellekt əsaslı sistemlər üçün daha 3 çipi buraxılacağı gözlənilir.

“ICTnews”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256