İKT

“Google” öz sosial şəbəkəsini bağlayır
10 OKTYABR
224

“Google” öz sosial şəbəkəsini bağlayır

2018-10-10 14:16:00

“Google” şirkəti fərdi istifadəçilər üçün istifadəyə verdiyi “Google ” sosial şəbəkəsini bağlayır.

"Finans.az" xəbər verir ki, şirkətin bu addımı sosial şəbəkənin populyarlığının az olması ilə bağlıdır.

Şirkətin məlumatında qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri öz məlumatlarını on ay müddətində digər platformalara köçürə bilərlər. “Google ” sosial şəbəkəsi 2019-cu ilin avqustunda tam olaraq öz fəaliyyətini dayandıracaq.

Eləcə də bax:Ramin Quluzadə genişzolaqlı şəbəkədən danışdı

“Google ” 2011-ci ildə “Google Profiles” xidmətinin bazasında istifadəyə verilib. 2012-ci ildən etibarən 13 yaşından yuxarı bütün istifadəçilər bu sosial şəbəkədə sərbəst şəkildə qeydiyyatdan keçə bilib.

Qeyd edək ki, şirkət bundan əvvəl açdığı “Orkut” adlı sosial şəbəkəni də 2014-cü ildə eyni səbəbdən bağlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256