İKT

"Google" 10 mlrd. dollarlıq layihədən imtina edib?
09 OKTYABR
169

"Google" 10 mlrd. dollarlıq layihədən imtina edib?

2018-10-09 16:37:00

ABŞ-ın "Google" şirkəti ölkənin Müdafiə Nazirliyinin (Pentaqon) keçirdiyi bulud texnologiyaları ilə bağlı müsabiqədə iştirak etməkdən imtina edib.  Fins.az xəbər verir ki, müsabiqənin qalibi Pentaqon üçün xüsusi müdafiə infrasturkturu (Joint Enterprise Defense Infrastructure cloud - JEDI) yaratmalıdır. Dəyəri 10 mlrd. ABŞ dolları olan layihə 10 il müddətinə həyata keçirilməlidir. 

"Google"un müsabiqəyə qatılmaması layihənin onun suni intelektin tətbiqi ilə bağlı prinsiplərinə zidd olması ilə izah olunur. REPORT

 Eləcə də bax:Yeni eynək icad olundu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258