İKT

Yeni əməliyyat sistemi gəlir
09 OKTYABR
253

Yeni əməliyyat sistemi gəlir

2018-10-09 13:03:00

"Samsung" hələ də smartfonlarında "Android Pie" əməliyyat sistemini nə zaman tətbiq edəcəyini elan etməyib.

Fins.az xəbər verir ki, şirkətin Fransa üzrə şöbəsi "Samsung Members" forumunun iştirakçılarına bildirib ki, "Samsung" istehsalı smartfonlarda "Android Pie" əməliyyat sisteminin tətbiqi gələn ilin yanvar ayından tez tətbiq olunmayacaq. Öncə yeni əməliyyat sistemini "Samsung"un flaqman modelləri olan "Galaxy S9" və "Note 9"da görmək mümkün olacaq.

Daha sonra yeni əməliyyat sistemi dəstəyini keçmiş illərin smartfon modelləri əldə edəcəklər. Bundan əlavə olaraq "Samsung" tərtibatçıları yeni əməliyyat sistemi ilə birlikdə smartfonlara yeni funksiyaların da əlavə olunacağını qeyd ediblər. Məsələn, yeni flaqman modellərdə olan bəzi funksiyalar daha köhnə modellərə də əlavə olunacaq.

Qeyd edək ki, tərtibatçılar Gallery bölməsindəki faylların əks olunma tərzini bir qədər dəyişəcəklər və kameraya əlavə funksiya əlavə edəcəklər. Söhbətin hansı funksiyadan getdiyi isə hələlik bilinmir.

 Finans

 Eləcə də bax:Bakcell-dən karyera İmkanları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251