İKT

"Samsung"un "Galaxy Note 10" modeli necə olacaq?
08 OKTYABR
179

"Samsung"un "Galaxy Note 10" modeli necə olacaq?

2018-10-08 18:04:00

Cənubi Koreyada "The Investor"un verdiyi xəbərə görə, "Samsung" şirkəti "Galaxy Note" seriyasının yeni modeli üzərində işlərə start verib.

Fins.az xəbər verir ki, "Galaxy Note" seriyasının növbəti modeli "Da Vinci kod" adını alıb. Beləliklə, smartfon məşhur ixtiraçı, alim və rəssam Leonardo da Vinçinin şərəfinə adlandırılıb. Çox güman ki, növbəti modelin adından 10 rəqəmi yığışdırılacaq və smartfon "Galaxy Note X" adlanacaq. Lakin bu sadəcə bir fərziyyədir.

Eləcə də bax:Ulduzlara yaxınlaşırıq...

Məlumatda qeyd olunub ki, növbəti "Galaxy Note" smartfonu bir çox innovasiyalara sahib olacaq. Onların sırasında təkmilləşdirilmiş "S Pen" stilusu və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası var. Smartfonun xarici görünüşündə isə heç bir dəyişiklik olmayacaq və o, "Galaxy Note 9"a bənzəyəcək.(finans.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258