İKT

Əgər “Android" istifadəçisinizsə...
08 OKTYABR
72

Əgər “Android" istifadəçisinizsə...

2018-10-08 10:17:00
Google Chrome” brauzeri “Android 4.1-4.3 Jelly Bean” əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.  
Fins.az “ICTnews” Elektron Xəbər Xidmətinə  istinadən yazır ki, məlumata görə, əməliyyat sisteminin brauzer tərəfindən dəstəklənəcək ən köhnə versiyası “Android 4.4” olacaq.

Dəyişikliklərin nə vaxt baş verəcəyi barədə məlumat verilməsə də, köhnə sistemin “Android” əsasında işləyən qurğuların ümumi sayının 3,2 faizində istifadə edildiyi bildirilir. Hazırda əməliyyat sisteminin idarəetməsi ilə işləyən təxminən 1 milyard qurğunun istifadədə olması nəzərə alınmaqla “Chrome” brauzerinin dəstəkləməyəcəyi qurğuların ümumi sayı təqribən 32 milyon təşkil edəcək.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260