İKT

LG yeni model saat təqdim edib
05 OKTYABR
111

LG yeni model saat təqdim edib

2018-10-05 13:51:00

LG şirkəti "Watch W7" smart saatını da təqdim edib

"Finans.az" xəbər verir ki saat dizaynına görə digər modellərdən fərqlənir.

Smart saat adi saat əqrəbləri və saat əqrəblərinin alt hissəsində 1.2 inç maye kristallik ekranla təchiz olunub. Texniki göstəricilər baxımdan saat "Snapdragon Wear" 2100 prosessoru, 768 MB RAM, 4 GB daxili yaddaş və 240 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu cür batareya həcmi ilə smart saat rahatlıqla 2 gün çalışa bilir. Həmçinin smart saat enerji sərfiyyatının qənaəti üçün "Watch Only" adlı funksiyaya sahibdir. Bu funksiya saatın smart özəlliklərini deaktiv edir. Beləliklə, bu funksiya sayəsində smart saat bir dəfə şarj olunandan sonra 100 gün çalışa bilir. İstifadəçi əldə olunmuş mesajları saatda oxumaq istəsə, saat əqrəbləri xüsusi rejimə keçərək istifadəçiyə mane olmurlar. Bu rejim ayrıca düymə ilə işə düşür.

Eləcə də bax:“WhatsApp”ın bu yeniliyi birmənalı qarşılanmayacaq

Qeyd edək ki, "LG Watch W7" 14 oktyabr tarixində 449 dollar qiymətində satışa çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260