İKT

“Instagram”a yeni baş direktor təyin edilib
02 OKTYABR
172

“Instagram”a yeni baş direktor təyin edilib

2018-10-02 15:14:00

“Facebook”un İnkişaf departamentinin vitse-prezidenti Adam Mosseri “Instagram”ın yeni direktoru təyin edilib. Bu haqda “Reuters” agentliyi məlumat paylaşıb.
 
Fins.az “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən bildirir ki,  Adam Mosseri 2008-ci ildə “Facebook”da dizayner kimi çalışmağa başlayıb, həmçinin o, sözügedən sosial şəbəkənin xəbər lentinə nəzarət edirdi. Son zamanlar isə “Instagram” üzərində işlərə məsul bölmələrdən birinin rəhbəri olub.
 
Məlumat üçün bildirək ki, “Instagram” sosial şəbəkəsinin yaradıcıları olan Kevin Sistrom və Mayk Kriqeri sentyabrın sonunda şirkətdən ayrılacaqlarını açıqlamışdılar. Onların gediş səbəbi bilinmir. Qeyd edək ki, Kevin Sistrom və Mayk Kriqer 2010-cu ildə “Instagram” foto xidmətini yaradıblar, 2012-ci ildə isə “Facebook” həmin xidməti 1 milyard dollara satın alıb.

 Eləcə də bax:Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253