İKT

Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı
02 OKTYABR
293

Xaricdən telefon sifariş etməyə ehtiyac qalmadı

2018-10-02 09:56:00

Xaricdən telefon sifariş etməyə daha ehtiyac qalmadı. Çünki artıq "MyShops.az" şirkəti daha sərfəli qiymətə, rəsmi qeydiyyatla, zəmanətlə və pulsuz çatdırılma ilə məhsullar təklif edir.

"Qafqazinfo" xəbər verir ki, “My Shops” MMC bu ilin sentyabr ayından etibarən ABŞ-ın “Apple Inc.” korporasiyasının Azərbaycandakı rəsmi tərəfdaşı olub. Belə ki, hər bir müştəri www.myshops.az saytına daxil olmaqla Apple şirkətinin məhsullarını, həmçinin digər brend məhsulları rəsmi və zəmanətlə sifariş edə bilərlər.

“My Shops” şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops eneral Trading LLC” şirkətinin törəməsidir. Hazırda şirkətin Bakıda 2 mağazası və 1 servis mərkəzi var.

"My shops" şirkətinin rəsmi nümayəndəsi Sultan-Əhmədi Fariz bildirib ki, satış ödənişləri nağd, kredit, köçürmə yolu ilə həyata keçirilir: "Məhsullarımızın çatdırılması tamamilə pulsuzdur. Məhsullar express poçt vasitəsilə ən qısa müddətdə göstərilən ünvana çatdırılır. Azərbaycanın istənilən bölgəsindən bütün sifarişlər qəbul edilir. Məhsullar müştərilərə tam rəsmi zəmanətlə təqdim olunur".

“MyShops” şirkətinin satdığı bütün məhsullar tam orijinal və beynəlxalq standartlara uyğundur. Bundan başqa şirkətin rəsmi servisi də mövcuddur. Yəni “My shops” mağazasından alınan bütün məhsullara "Apple"in yerli və beynəlxalq servis zəmanəti təqdim olunacaq. Müştərilər "Apple" şirkətinin bütün məhsullarını rahat şəkildə əldə edə bilərlər.

Sultan-Əhmədi Fariz əlavə edib ki, yaxın gələcəkdə "My shops" şirkətinin daha bir neçə mağazası fəaliyyət göstərəcək. Hazırda paytaxtın Nizami küç 166 b və Azadlıq prospekti 32 ünvanlarında iki mağaza fəaliyyət göstərir. 

"My shops" şirkətinin rəsmisi həmçinin bildirib ki, dövlət tərəfindən sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradılıb. Gömrük prosedurlarının sadələşdirilməsi isə bu sahənin inkişafına daha da təkan verib. Bu sahədə şəffaflıq tam təmin olunub. Daha heç kəs xaricdən ölkəyə qeyri-qanuni mobil telefon gətirə bilmir. Dövlətin bu sahədə atdığı addımlar telefon bazarının tənzimlənməsinə gətirib çıxarır. Artıq 3 ildir ki, "My shops" Azərbaycan bazarında rəsmi şəkildə fəaliyyət göstərir. Bu illər ərzində şirkətin göstərdiyi xidmətin səviyyəsi müştərilərin məmnuniyyətinin artmasına səbəb olub.

Daha ətraflı məlumat almaq istəyənlər http://www.myshops.az saytına və ya mağazanıın rəsmi facebook (Facebook/Myshops) və instagram (Instagram/Myshops) səhifələrinə daxil olmaqla, eləcə də (+994) 55 889 89 89; (+994 ) 12 598 52 89 telefon nömrələrinə zəng etməklə əldə edə bilərlər.

Eləcə də bax:“Azərkosmos” ASC 22 ölkəyə xidmət ixrac edib

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260