İKT

“Azərkosmos” ASC 22 ölkəyə xidmət ixrac edib
01 OKTYABR
199

“Azərkosmos” ASC 22 ölkəyə xidmət ixrac edib

2018-10-01 12:35:00

Yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Fins.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. “Səkkiz ayda ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon dollar məbləğində gəlir əldə edib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

Avqustda “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon dollar olub. ASC-nin səkkiz ayda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digər ölkələr olub”, - deyə departament rəhbəri qeyd edib.

Eləcə də bax :“Google”-dan 9 milyard dollar ödəniş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255