İKT

Avropa İttifaqında 1 milyard avroluq superkompüter yaradılacaq
01 OKTYABR
91

Avropa İttifaqında 1 milyard avroluq superkompüter yaradılacaq

2018-10-01 11:45:00

Avropa İttifaqında 1 milyard avro dəyərində superkompüter yaradılacaq. Avropa Komissiyasının irəli sürdüyü müvafiq təklif ittifaq ölkələri tərəfindən təsdiq edilib.

Fins.az “ICTnews” Elektron Xəbər Xidmətinə  istinadən bildirir ki, Avropa Komissiyasının məlumatına görə, noyabrda Lüksemburqda açılacaq Avropa hesablama mərkəzinin yaradılmasında 24 ölkə, o cümlədən Aİ-yə daxil olmayan Norveç iştirak edir.  
 
Bildirilir ki, layihənin həyata keçirilməsi üçün 485 milyon avro Aİ büdcəsindən daxil olacaq, 400 milyon avro iştirakçı ölkələr, daha 400 milyon avro isə özəl şirkətlər tərəfindən ayrılacaq. Bu vəsaitlərlə dünyada ən güclü kompüterlər beşliyinə daxil olan 2, eləcə də dünyada ilk iyirmibeşlikdə yer alan daha 2 superkompüterin alınması planlaşdırılır. Lüksemburq hesablama mərkəzi Avropa ölkələrinin superkompüterlərini vahid şəbəkədə birləşdirəcək.

Qeyd edək ki, dünyada ən güclü superkompüter ABŞ-da tikilib. İyunda işə salınan “Summit” hesablayıcı qurğusu ABŞ-ın Oak Ric Milli Laboratoriyasında yaradılıb. Kompüterin gücü 200 petaflops və ya saniyədə 200 min trilyon hesablama təşkil edir. Bunadək dünya reytinqində birincilik 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüterinə məxsus olub. Almaniyanın ən güclü “Juwels” superkompüteri ölkənin qərbində Yulix tədqiqat mərkəzində yerləşir. Gücü 6,2 petaflopsa bərabər olan “Juwels” dünyanın ən güclü 500 superkompüteri siyahısında 23-cü yeri tutur.

 Eləcə də  bax: Mobil telefonlarda silinən şəkilləri necə geri qaytarmaq olar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260