İKT

“Apple” hər “iPhone Xs Max”dan nə qədər qazanc götürür? - ARAŞDIRMA
26 SENTYABR
207

“Apple” hər “iPhone Xs Max”dan nə qədər qazanc götürür? - ARAŞDIRMA

2018-09-26 17:48:00

“iPhone Xs Max”ın komponentləri mobil cihazdan 3 dəfə ucuzdur. Fins.az Finans.az-a istinadən xəbər verir ki, bunu Kanada şirkəti “Techinsights” cihazı söküb onun bütün detallarının dəyərini və yığılma xərclərinin qiymətləndirməklə müəyyən edib.

“Ottavanın “Techinsights” firması 256 qb yaddaşı olan “iPhope Xs Max”ı sökərək müəyyən edib ki, detalların və yığılma işlərinin dəyəri təxminən 443 ABŞ dolları təşkil edir. Bu modelin ABŞ-da satış qiyməti isə 1249 dollardır. Daha əvəllki “iPhope X”in 64 qb yadaşlı versiyasında bu qiymət 395 dollar ətrafında olub.

Yeni modeldə ən bahalı komponent displey olub ki, onun dəyəri 81 dollar (əvvəlki modeldə $77) təşkil edir. İkinci yerdə 72 dollarla ($66) prosessor gəlir. Üçüncü yerdə yadaş modulları gəlir ki, onlara 65 dollar ($45) sərf olunub.

Maraqlıdır ki, detalların nisbətən yüksək qiymətinə baxmayaraq mütəxəsislər yığılma ilə bağlı xərcləri 25 dollar həcmində qiymətləndirir və bu qiymət əvvəlki model ilə müqayisədə dəyişməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260