İKT

Daşkənddə“Huawei” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu
26 SENTYABR
101

Daşkənddə“Huawei” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu

2018-09-26 16:23:00

Daşkənddə “Rəqəmsal Mərkəzi Asiya üçün innovasiya günü” adlı forum keçirilib və bu tədbirdə “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqazdakı fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Fins.az AzərTaca istinadən xəbər verir ki, Daşkənddəki “İnkişaf strategiyası” Mərkəzi ilə birgə keçirilən forumda dünyanın 15-ə yaxın ölkəsindən gələn dövlət təşkilatlarının, sənaye və elmi dairələrinin 200-dən artıq nümayəndəsi iştirak edib.

“İnkişaf strategiyası” Mərkəzinin icraçı direktoru Akmal Burxanov, “Huawei” şirkətinin vitse-prezidenti Viktor Çjan və digər çıxış edənlər bu şirkətin dünyada, Mərkəzi Asiya və Qafqazdakı fəaliyyətindən, rəqəmsal infrostrukturun iqtisadiyyatın inkişafında, insanların həyatında, innovasiyaların çoxaldılmasında, ekoloji sistemdəki rolundan danışıblar. Deyilib ki, dünyanın sürətlə inkişaf edən bazarlarından biri kimi Mərkəzi Asiya regionunda da sənayenin rəqəmsallaşdırılması günün tələbidir və rəqəmsal iqtisadiyyat çox sürətlə inkişaf edir.

Mətbuat konfransında şirkətin Mərkəzi Asiya regionu üzrə rəhbəri Chen Hao şirkətin Azərbaycandakı fəaliyyətindən də danışıb. O deyib ki, biz Azərbaycanda çoxlu layihələr həyata keçirmişik və bu istiqamətdə fəaliyyət davam edir. Şirkətimiz Bakı bulvarı ərazisini pulsuz Wi-Fi internet sisteminə qoşub. Hazırda “Azercell” operatoru ilə şəbəkənin modernləşdirilməsi layihəsi üzərində işləyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259