Sentyabrın 25-də ölkənin ən böyük ödəmə portalı olan Hesab.az-ın yenilənməsi və mobil tətbiqinin ictimaiyyətə təqdim etmə mərasimi keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə media nümayəndələri və bloggerlərin iştirak edib.Tədbirdə giriş sözü ilə çıxış edən “Golden Pay” ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyeva 2011-ci ildə fəaliyyətə başlayan Hesab.az portalının ötən müddət ərzində inkişaf yolu, istifadəçilərin ixtiyarına verilən ödəniş növləri barədə qısa məlumat verib. O əsas məqsədin insanların ödəniş vərdişlərinin dəyişdirilməsi və onların rahatlığına hesablanmış xidmətlərin tətbiq edilməsi olduğunu vurğulayıb.
Bundan başqa Naina Hasanova Hesab.az saytının və mobil tətbiqinin yenilənməsi zərurətindən də söz açıb. Qeyd edib ki, bir neçə il əvvəl insanlar onlayn ödəniş etmədiklərinə inanmadıqları halda, bu gün artıq bu xidmətin daha funksional və həyatın ritminə uyğunlaşmasını tələb edilər.
Bundan başqa,idarə heyətinin üzvü Tuğba Uçar portalda istifadəçilərini gözləyən yeniliklər barədə söz açıb.İstifadəçilərin mobil nömrə və ya sosial şəbəkələrdə qeydiyyatdan keçmələri, istifadəçi profili yaradılması, profildə mövcud problemlərin göstərilməsi, yadda saxlanılması kimi yeniliklər Hesab.az istifadəçilərinin ixtiyarına verilib. T. Uçar qeyd edib ki,yaxın vaxtda Hesab.az-ın bir sıra yeniliklərə imza atacağını da planlaşdırır.