İKT

Mobil telefonlarda silinən şəkilləri necə geri qaytarmaq olar?
24 SENTYABR
1132

Mobil telefonlarda silinən şəkilləri necə geri qaytarmaq olar?

2018-09-24 17:45:00

Bildiyimiz kimi, "Apple"da silinən fotolar “zibil qutusu” adlanan qovluğa düşür və oradan həmin şəkili yenidən telefona geri qaytarmaq olur.

Lakin bir çox "Android" sistemli cihazlarda bu funksiya yoxdur. Bəs Android sistemli telefonlarda silinən faylları necə geri qaytarmaq olar ?

Fins.az Finans.az-a istinadən xəbər verir ki, “DiskDigger” adlı proqramın vasitəsilə artıq silinən şəkilləri daha asanlıqla geri qaytarmaq olar.

Sadəcə proqrama daxil olaraq “şəkilləri axtar” butonunu seçib sonra geri qaytarmaq istədiyiniz faylları işarələmək lazımdır. Bundan sonra seçdiyiniz şəkilləri ya “Gmail” vasitəsilə hər hansı hesaba göndərə, ya da telefonun yaddaşında saxlaya bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259