İKT

"Samsung" telefonları niyə partlayır?
24 SENTYABR
300

"Samsung" telefonları niyə partlayır?

2018-09-24 15:53:00

"Galaxy Note 7" və "Galaxy Note 9" modellərindən sonra "Samsung"un adı daha bir partlayış hadisəsi ilə hallanıb.

Fins.az Finans.az-a istinadən xəbər verir ki, bu dəfə "Galaxy S7 Edge" modeli partlayıb.

Ötən həftə New Yorkda Diane Chung adlı əmlakçı telefonunun həddindən artıq qızdığını sonra isə partladığını bildirib. Hadisədən sonra "Samsung" servisinə yaxınlaşan zərərçəkmiş cihazın zəmanət müddəti bitdiyindən heç bir yardım ala bilməyib.

Qeyd edək ki, Diane Chungun bildirdiyinə görə, hadisə mobil cihaz ilə şəkil çəkmək istəyərkən baş verib. Anidən sönən telefonu yenidən yandırmaq istəyən Diane telefonun qızdığını görüb və sonradan cihaz alışaraq partlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259