İKT

“Facebook”da tanış olmaq asanlaşdı
21 SENTYABR
352

“Facebook”da tanış olmaq asanlaşdı

2018-09-21 12:07:00

“Facebook”un əməkdaşları istifadəçilərin virtual ünsiyyətini asanlaşdıran tətbiqi test rejimində işə salıblar.

Fins.az finans.az-a istinadən xəbər verir ki, bunu həmin layihəni idarə edən "Facebook" əməkdaşı Neytan Şapr bildirib.

“Yeni tanışlıqların axtarışı "Facebook" istifadəçilərinin çoxdan məşğul olduğu bir işdir. Biz istəyirik ki, bunu etmək asan və rahat olsun. Düşündük ki, indi bunun üçün əsl vaxtdır”,- deyə Şapr deyib.

Kolumbiyada test olunan bu servis “Facebook”un mobil tətbiqinə tamamilə inteqrasiya olunub. Tətbiqdən 18 və ondan yuxarı yaşda olan istifdəçilər istifadə edə biləcək. Hazırda tətbiq tamamilə pulsuzdur, reklam yoxdur və əlavə ödənişli xidmətlər də nəzərdə tutlmayıb.

Tanışlıq üçün namizədlərin axtarışı 100 kilometrlik radiusda aparılır. Sözügedən tətbiqə İOS platformasında işləyən cihazlarıda 9, Androiddə - 12 şəklə kimi yükləmək olar. Bir gün ərzində 100-dən çox olmayan istifadəçiyə sorğu yollamaq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259