İKT

Robot Sophia Azərbaycana gəlir
19 SENTYABR
287

Robot Sophia Azərbaycana gəlir

2018-09-19 16:19:00

Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sophia Azərbaycana gəlir.

Fins.az xəbər verir ki, onun 27 oktyabr tarixində Heydər Əliyev mərkəzində 20 dəqiqəlik çıxışı planlaşdırılır. Təşkilatçıların sözlərinə görə, Sophianın çıxışını milli geyimdə edəcək.

“Tədbirdə Sophia ilə yanaşı 20 tanınmış, bir milyondan yuxarı izləyicisi olan informasiya texnologiyaları və menecment üzrə mütəxəsislər çıxış edəcək”, – FA İnternational Trade Events şirkətinin rəhbəri Nail Babayev BBC News Azərbaycanca təşkilatçı bildirib.

Sophia ingilis və rus dillərində danışa bilir və onun çıxışında sinxron tərcümə olacaq, cənab Babayev deyir.

Nail Babayev deyir ki, hazırda Sophia-ya Azərbaycanca salamlaması üçün hazırlıqlar aparılır.

 Mənbə:Baker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259