İKT

“Azərkosmos”un qarşıdakı illərdə zərəri artacaq
17 SENTYABR
344

“Azərkosmos”un qarşıdakı illərdə zərəri artacaq

2018-09-17 17:18:00

“Azərkosmos” ASC-nin fəaliyyəti ilə bağlı zərər məbləği ümumilikdə 231412388,42 manat təşkil edəcək.

“Azərkosmos” ASC-nin 2016-2017-ci illərdə qüvvədə olmuş nizamnaməsinin 2.7-ci bəndinə görə dövlət cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

Bu barədə Fins.az Hesablama Palatasından məlumatına əsasən xəbər verir.

Məlumata görə, cəmiyyətin nizamnamə kapitalı cəmi 63610600,0 manatdır. 2016-cı ilin yekunları üzrə cəmiyyətin zərəri 51522698,83 manat, keçmiş illərin zərəri 161902357,61 manat, növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği 13275029,59 manat və növbəti illərdə nəzərə alınacaq gəlirdən çıxıla bilən təmir xərclərinin yuxarı həddi 4712302,39 manat olduğunu nəzərə alsaq cəmiyyətin fəaliyyəti ilə bağlı zərər məbləği ümumilikdə 231412388,42 manat təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255