İKT

Kosmosa səfər edəcək ilk turist kimdir?
14 SENTYABR
282

Kosmosa səfər edəcək ilk turist kimdir?

2018-09-14 17:42:00

Elon Muskın “SpaceX” şirkəti kosmos turizmi layihəsinin ilk sərnişininin müəyyən olunması barədə məlumat yayıb.

Fins.az xəbər verir ki, Elon Musk kosmosa səfər edəcək ilk sərnişinin adını 17 sentyabr tarixində açıqlayacaq.

“SpaceX” şirkətinin Big Falcon Rocket (BFR) modeli ilə uçacaq bu şəxs ayın ətrafında dövrə vuracaq.

Qeyd edək ki, insanlar "Twitter" hesabından Elon Muska kosmosa göndərilən şəxsin kimliyi ilə maraqlanıb. Musk isə istifadəçiyə cavab olaraq Yaponiya bayrağı stikeri göndərib. Burdan belə bir nəticəyə gəlmək olar ki, şirkətin kosmos turizmi layihəsi üçün təyin etdiyi şəxs yapondur.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258