İKT

Google “mail” ilə bağlı açıqlama: Fəaliyyəti dayandırılır, başqa proyektə cəmlənirlər
13 SENTYABR
162

Google “mail” ilə bağlı açıqlama: Fəaliyyəti dayandırılır, başqa proyektə cəmlənirlər

2018-09-13 16:41:00

ABŞ-ın “Google” şirkəti “Inbox” poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız “Gmail” üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.

Fins.az , 2014-cü ildən “Gmail” poçt xidmətinin əsasında işləyən sözügedən xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi “Gmail”də tətbiq ediləcək. “Inbox” xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.

Image result for inbox
Image result for inbox

Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.

Məlumat üçün bildirək ki, 24 avqustda “Google” şirkəti “Gmail” elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249