İKT

"Google" bu ölkəyə 140 milyon dollar investisiya yatırır
13 SENTYABR
80

"Google" bu ölkəyə 140 milyon dollar investisiya yatırır

2018-09-13 15:01:00

"Google" Latın Amerikasında yerləşən vahid məlumat mərkəzini genişləndirmək üçün 140 milyon dollar sərmayə yatıracaq.

Fins.az xəbər verir ki,  Çili və "Google" rəsmilərinin açıqlamalarına görə, bu layihə 2015-ci ildən tam fəaliyyət göstərən məlumat bazasının genişləndirilməsinin ikinci mərhələsini təşkil edir.

"Google"ın etdiyi açıqlamaya görə, məlumat mərkəzinin sahəsi 11,2 hektara qədər artırılacaq. 1000-dən çox işçinin tələb olunacağı layihədə 120 daimi iş yeri yaradılacaq.

Qeyd edək ki, bu investisiya "Google"ın məlumat bazasının tikilməsi üçün sərf etdiyi 150 milyon dollarlıq xərcin davamıdır.

Mənbə:Finans 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249