İKT

«Facebook»-un süni intellekti videodan təhqiredici ifadələri tapacaq
13 SENTYABR
209

«Facebook»-un süni intellekti videodan təhqiredici ifadələri tapacaq

2018-09-13 13:03:00

«Facebook» administrasiyası rəsmi səhifəsində «Rozetta» adı altında yeni süni intellekt haqqında məlumat paylaşıb. Proqram maşın təlimi vasitələrinin köməyi ilə şəkillərin və ya videoçarxların üstündən qoyulan təhqiredici mətni müəyyən edə biləcək. Belə proqramlar əvvəldən mövcuddur, ancaq bu gün sistem təhlil etməli olan variantları platformanın böyüklüyü səbəbindən «Facebook» üçün əlverişli deyil.
Fins.az xəbər verir  ki,»Rozetta» təhqiredici mətinləri ayıra biləcəyi əminliklə vurğulanır.Yeni süni intellektlə mətni müəyyən etməyi və kimi potensial olaraq qadağan edilmiş kimi nişanlamağı öyrədəcəklər.
Bu məsələnin icrasında «Rozetta»ya öyrənmək üçün böyük miqdarda məlumat lazım olacaq. Proqram artıq «Facebook» və «Instagram»-a qoşulub və o, hər gün təxminən 1 milyon şəkil və videoda olan mətnlərin təhlilin həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258