İKT

"Azerspace-2"-nin orbitə buraxılma vaxtı açıqlandı
13 SENTYABR
111

"Azerspace-2"-nin orbitə buraxılma vaxtı açıqlandı

2018-09-13 12:37:00
Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2" sentyabrın 25-dən 26-na keçən gecə orbitə çıxarılacaq.

Fins.az xəbər verir ki, bu barədə Fransanın “Arianespace” şirkəti məlumat yayıb. Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyilə orbitə buraxılacaq.
“Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. 
 
Mənbə:AzərTac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258