İKT

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq
13 SENTYABR
248

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

2018-09-13 12:12:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi və Tədrisi Mərkəzi “KATV1” şirkəti ilə birlikdə peşəkar videomütəxəssis və videoblogerlərin hazırlanması üzrə təlimlərə başlayır.

Fins.az xəbər verir ki,  bu məqsədlə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin multimedia studiyasının bazasında “KATV1” şirkəti ilə birlikdə “Myvideo Academy” layihəsinə start verililir.

Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və videoblogerlik peşəsinin təbliğidir. Keçirilən təlimlərdə iştirakçılar tanınmış təlimçilərdən dərslər alacaq, onlara real multimedia studiyasında praktik dərslər keçiləcək. Həmçinin tanınmış şərhçilərin və blogerlərin ustad dərslərində iştirak edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif televiziya kanallarında təcrübə keçməklə yanaşı, özləri videomateriallar hazırlamaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları videosüjetlər çəkəcək, onları montaj edəcək və “myvideo.az” portalında hazırladıqları süjetləri təqdim edəcəklər. Layihənin əsas özəlliyi təlimləri uğurla başa vuran iştirakçıların “KATV1” şirkətində və yaxud digər tərəfdaş təşkilatlarda iş qazanmaq imkanı olacaq.

Bu layihə sayəsində ölkəmizdə videotexnologiyalar sahəsi üzrə peşəkar mütəxəssislərin hazırlanmasına töhfə veriləcək.

Təlimlərin proqramı ilə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin rəsmi internet səhifəsi olan “www.iktlab.az” saytında tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259