İKT

Yaponiya kosmosda lift qurmaq niyyətindədi
13 SENTYABR
205

Yaponiya kosmosda lift qurmaq niyyətindədi

2018-09-13 11:28:00

Yaponiyalı alimlər kosmosda lift ideyasının realllaşması üzərində işləyir.

Fins.az xəbər verir ki, "Shizuoka" universitetindən bir qrup alim bu ideyanın mümkünlüyünə inandıqlarını bildiriblər.

Yaponiya kosmos agentliyi “JAXA” ilə əməkdaşlıq edən alimlər liftin kiçildilmiş maket versiyasını növbəti həftələrdə beynəlxalq kosmos stansiyasına göndərəcəklər.

Yaponiyalı alimlərin sözlərinə görə, bu kosmosda liftin qurulması istiqamətində atılmış ilk addımdır. Kiçik modelli lift kosmosa göndərilərək test ediləcək.

"Shizuoka" universiteti ilə əməkdaşlıq edən Yaponiyanın inşaat firmasi “Obayash”in nümayəndələri bəyan ediblər ki, bütün maneələr aradan qalxsa, 2050-ci ildə bu ideya reallaşacaq.

Qeyd edək ki, kosmosda lift ideyası ilk dəfə rusiyalı alim Konstantin Tsiolkovskyb tərəfindən 1895-ci ildə təklif edilib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256