İKT

"Apple" dan qiymətlərin bahalaşacağı ilə bağlı XƏBƏRDARLIQ
10 SENTYABR
102

"Apple" dan qiymətlərin bahalaşacağı ilə bağlı XƏBƏRDARLIQ

2018-09-10 12:12:00

ABŞ prezidenti Donald Trampın təklif etdiyi tariflər "Apple" məhsullarının bahalaşmasına gətirib çıxara bilər.

Fins.az xəbər verir ki, bu barədə "Apple" CEO-su Tim Cookun ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizerə ünvanladığı məktubunda deyilir.

Məktubda qeyd olunur ki, Trump tərəfindən Çindən alınan 200 milyard dollar dəyərində mallara tətbiq olunması təklif olunan əlavə rüsumlar "Apple Watch", "AirPods" və "Apple Pencil"ə təsir göstərəcək. Həmçinin, yeni tariflər "HomePod", "Mac Mini" və bir çox məhsullar üçün enerji dolduran cihazlarının qiymətinə də təsir edəcək. Nəticədə istehlakçılar "Apple" məhsulları üçün daha çox pul ödəməli olacaqlar.

"Apple" mövcud tariflərin onun xərclərini nə qədər artıracağını açıqlamayıb.

Qeyd edək ki, məktubun yayımlanmasından sonra "Apple"ın səhmləri 1% ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253