İKT

Alıcılar bu ilki iPhone modellərində nələri gözləyirlər?
07 SENTYABR
318

Alıcılar bu ilki iPhone modellərində nələri gözləyirlər?

2018-09-07 16:24:00

USA Today nəşriyyatı alıcıların 12 Sentyabr tarixində Apple şirkətinin təqdim edəcəyi yeni iPhone modellərindən nə gözlədiklərini aydınlaşdırmaq üçün 1665 amerikalı arasında sorğu aparıb. Ekran üzərində çərçivəyə sahib iPhone X modeli bir qədər mübahisəli idi. Lakin müəyyən müddətdən sonra tənqidçilər və digər istifadəçilər bu cür dizayn qərarını qəbul etdilər və artıq bir çox Android smartfon istehsalçıları bu dizayndan istifadə edirlər. Nəşriyyatın apardığı sorğu nəticəsində məlum olub ki, alıcıları həmin çıxıntı hissə o qədər də narahat etmir. Ekran üzərində çıxıntıya qarşı çıxanların faiz göstəricisi 10% olub.

Sorğuda iştirak etmiş insanların 75%-i isə yeni iPhone modellərində daha güclü batareyaların olmasını istəyir. Digər funksiyaların texniki tərəqqilərinin inkişaf etdikləri bir vaxtda artıq uzun illərdir ki, batareyaların yaradılması texnologiyası olduğu kimi qalıb. iPhone X-də Apple şirkəti batareya həcmini yüksəltmək üçün ikielementli L şəkilli batareyadan istifadə edir. Çox güman ki, iPhone XS modeli batareya baxımdan böyük bir dəyişikliyə məruz qalmayacaq. 6.5 inç ekrana sahib olacaq iPhone XS Max modeli isə böyük batareya həcmi ilə təchiz oluna bilər.

Sorğuda iştirak etmiş insanlar ikinci yerdə Apple smartfonlarının ekran dözümlülükləri barəsində problemləri qeyd ediblər. Bir neçə müddət bundan öncə Corning şirkəti Corning Gorilla Glass qoruyucu şüşəsinin 6-cı nəslini təqdim etmişdi. Çox güman ki, yeni iPhone modellərində məhz bu qoruyucu şüşə əlavə oluna bilər. Apple smartfonlarından ənənəvi 3.5 mm-lik audiogirişin çıxarılması hələ də bir çox istifadəçilərdə neqativ fikirlər yaradır.

Beləliklə sorğuda iştirak etmiş insanların 37%-i düşünür ki, Apple şirkəti öz smartfonlarına 3.5 mm-lik audiogiriş özəlliyini geri qaytarmalıdır. Apple smartfon istifadəçiləri hələ də smartfonların şarj prosesi zamanı musiqi dinləyə bilmədikləri üçün məyusdurlar. Lakin Apple şirkəti naqilsiz gələcəyə doğru irəliləyir. Bu baxımdan şirkət alternativ variant kimi AirPods qulaqlıqlarını təqdim edir. Sorğuda iştirak etmiş insanların 29%-i düşünür ki, smartfondakı Lightning girişini USB-C ilə əvəz etmək lazımdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259