İKT

“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi
29 AVQUST
118

“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi

2018-08-29 15:55:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderiolan Bakcell şirkətinin ölkənin aparıcı banklarından olan “Bank of Baku” ilə birgə keçirdiyistimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən edildi.

Lotereyanın əsas qalibləri 27 avqust 2018-ci il tarixində ölkənin aparıcı media agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tiraj zamanı avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən edilib. Belə ki, “Bakcell” abunəçisi olan “Bank of Baku” müştərisi Kamran Şamiyevuduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazandı. Uduş paketinə viza,  Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi Yamən Fərzəliyeva isə “iPhone” mobil telefonuna sahib oldu. Tirajı keçirən Bakcell və Bank of Baku əməkdaşları lotereyanın əsas qalibləri ilə dərhal telefon əlaqəsi yaradıb onlara şad xəbəri bildirərək öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, 18 may-18 avqust 2018-ci il tarixləri arasında keçirilmiş lotereyanın bütün iştirakçıları yani“Bank of Baku”nunxidmətlərindən faydalanan minlərlə “Bakcell” abunəçisimobil operatordan bol-bol dəqiqələr, pulsuz internet paketləri və “Bank of Baku”danxüsusi endirimlər qazandılar.

Bu günə kimi Bakcell abunəçilərinin 2.9 milyon nəfəri “Ulduzum” loyallıq proqramının təqdim etdiyi 250-dən artıq biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün bu proqrama qoşulub. “Ulduzum” loyallıq proqramı “Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış “Ulduzum” mobil əlavəsi iOS və Androidplatformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255