İKT

“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır
29 AVQUST
87

“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır

2018-08-29 10:30:00

2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.

Fins.az xəbər verir ki, məlumata görə, “Facebook” dünyada bərpa olunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253