İKT

“Google” Trampa cavab verdi
29 AVQUST
204

“Google” Trampa cavab verdi

2018-08-29 10:09:00

“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib. 

Fins.az xəbər verir ki, bu barədə “Reuters”in “Google” şirkətinin bəyanatına istinadən yaydığı məlumatda deyilir. 

Şirkətdən bildiriblər ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir. Həmçinin vurğulanıb ki, axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur.  

Qeyd edək ki, bir müddət öncə Tramp “Google” şirkətini haqqında ancaq pis xəbərləri yaymaqda ittiham etmişdi. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259