İKT

Android üçün olan 10 ən sürətli interfeys
21 AVQUST
169

Android üçün olan 10 ən sürətli interfeys

2018-08-21 10:42:00

Master Lu Benchmark tərtibatçıları Android əməliyyat sistemi üçün olan 10 məşhur interfeysi test edərək onların reytinqini tərtib ediblər. Testlər bir neçə parametrlər üzrə keçirilib. Beləliklə tərtibatçılar veb tətbiqlərin işləmə və yükləmə sürətlərini, videokameranın çalışması və çəkiliş keyfiyyətini, smartfonun işə düşmə sürətini, tətbiqlərin açılması və bağlanmasını, faylların kopyalanmasını və interfeyslərin animasiya sürətlərini test ediblər. Bütün bu testlər əsasında interfeyslərə xallar verilib. Xallara əsasən demək olar ki, bütün interfeyslər bir-birilərini minimum göstəricilər ilə ya üstələyir yada geridə qoyurlar.
Teach.az technote.az-a istinadən bildirir ki, bundan əlavə olaraq müxtəlif interfeyslərin müxtəlif smartfonlarda olan göstəricilərinin test nəticələrinə necə təsir etdiyi də tam olaraq məlum deyil. Belə ki, çox güman ki, tərtibatçılar bütün interfeysləri bir smartfon üzərində yoxlamayıblar. Beləliklə birinci yerdə OnePlus şirkətinin flaqman smartfonlarında istifadə olunan Hydrogen OS qərarlaşıb. İkinci yeri Huwei şirkətinin interfeysi EMUI, üçüncü yerdə Çinin Smartisan adlı smartfonlarında istifadə olunan Smartisan OS, dördüncü yeri Xiaomi şirkətinin MIUI interfeysi tutub. Sonrakı yerləri isə sıra ilə Oppo şirkətinin Color OS interfeysi, Samsung Experience, Google-dan olan Pixel Launcher, HTC Sense və Vivo şirkətinin Funtouch interfeysi tutublar. Sonuncu yerdə Nubia UI interfeysi qərarlaşıb. Meizu şirkətinin Flyme interfeysi isə ümumiyyətlə bu top 10-luqda yer almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258