İKT

Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb
16 AVQUST
180

Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

2018-08-16 14:43:00

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası "BMW", "MAGNA Steyr Engineering", "KEVA" şirkətləri və Avstriya Avtomobil Mühəndisləri Cəmiyyətində çalışan həmkarları ilə birgə KoMoT (Komfortable Mobilität mittels Technologieintegration) layihəsi çərçivəsində elektrik avtomobillərinin identifikasiyası və enerji ilə doldurulması üçün avtomatlaşdırılmış sistem hazırlayıblar.
Fins.az techcult.ru saytına istinadən yazır ki, enerjidoldurma stansiyasının tərkibinə bir neçə kamera daxildir. Sistem bu kameraların köməyi ilə nəqliyyat vasitələrinin tipini müəyyənləşdirir.
 
Sözügedən sistem kameralardan əldə edilmiş təsviri təhlil edərək  avtomobilin modelini müəyyənləşdirir, enerjidoldurma portunu tapır, tipini müəyyənləşdirir, daha sonra müvafiq kabel seçir və bir neçə dəqiqə sonra enerji doldurmağa başlamaq olar.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253