İKT

Elektron Hesabat Sistemi yaradıldı
16 AVQUST
165

Elektron Hesabat Sistemi yaradıldı

2018-08-16 12:49:00
Əmanətlərin Sığortalanması Fondu üzv olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə Elektron Hesabat Sistemi yaradıb.

Fonddan Fins.az-a verilən məlumata görə, banklar fonda təqdim etdikləri rüblük hesabatları elektron imza sertifikatlarından istifadə etməklə daxil edə biləcək.

Belə ki, bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla Fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir.

Əmanətlərin Sığortalanması Fondunun ləğv etməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir.

Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının Asan ödəniş terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259