İKT

Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq
15 AVQUST
179

Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

2018-08-15 16:34:00

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır.
Fins.az “techcult.ru” saytına istinadən yazır ki, professor Zeynep Çelik-Batlerin rəhbərliyi altında Texas universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış "ağıllı" dərinin  tərkibinə 0,2 mkm (müqayisə üçün, insan saçının qalınlığı 40-50 mikron təşkil edir) qalınlığında sink oksidin (ZnO) nanoobyektlərindən düzəldilmiş milyonlarla kiçikölçülü elastik datçik daxildir. Bu halda hər bir sensor avtonom şəkildə (kənar enerji tələb etmir) işləyir.
Nəticədə süni dəri zəif toxunuşa, həmçinin temperatur dəyişikliklərinə çox həssas reaksiya verir ki, bu da yenilikdən avtomatlaşdırılmış tutma mexanizmləri, protez və yığcam sensor qurğuların istehsalında istifadə etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256