İKT

Rəcəb Tayyib Ərdoğan Apple məhsullarını boykot etdi
15 AVQUST
363

Rəcəb Tayyib Ərdoğan Apple məhsullarını boykot etdi

2018-08-15 15:04:00

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında bildirib ki, onun ölkəsi iPhone və ABŞ-ın digər elektron cihazlaırnı boykot edəcək.

“Əgər kimdəsə hal hazırda iPhone varsa, digər tərəfdən Samsung da var. Bununla yanaşı bizim öz telefon brendlərimiz də var. Biz özümüzə lazımi miqdarda məhsul istehsal etməyə hazırlaşırıq. Biz ABŞ-dan import etdiyimiz məhsullardan daha yaxşı məhsulları istehsal etməliyik” – deyə Türkiyə prezidenti bildirib.

    Öz çıxışında Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki, iPhone ABŞ importunun böyük hissəsini əhatə edir. Apple şirkətinin smartfonlarına alternativ variant kimi Türkiyə prezidenti yerli məhsul olan Vestel Venus smartfonlarını qeyd edib. Ərdoğan, xalqı ABŞ-dan olan elektron cihazlara üstünlük verməməyi çağırıb. Hələki məlum deyil ki, Türkiyə tamamilə ABŞ məhsullarına qadağa qoyacaq yoxsa yox. Qeyd etmək lazımdır ki, Ərdoğanın bu addımı Ağ Ev-in qərarına olan cavabdır. Belə ki, Ağ Ev-in Türkiyəyə qarşı sanksiyalarından sonra Türk lirasının dəyəri ciddi şəkildə aşağı düşdü. Hal hazırda Türkiyədə iki Apple Store fəaliyyət göstərir. Bu ölkədə smartfon bazarının 16%-ni isə iOS cihazlar tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258