İKT

“Azerspace-2” peyki orbitə buraxılması üçün kosmodroma gətirildi
09 AVQUST
87

“Azerspace-2” peyki orbitə buraxılması üçün kosmodroma gətirildi

2018-08-09 10:46:00

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan “Azerspace-2” peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. “Azerspace-2” Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq. Bu barədə Fins.az AzərKosmos-a istinadən xəbər verir.

Peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.

“Azerspace-2” peyki “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə orbitə buraxılacaq.  Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. “Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

“Azerspace-2” peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254