İKT

“Google” smartfonlar üçün yeni “Android 9 Pie” buraxıb
07 AVQUST
121

“Google” smartfonlar üçün yeni “Android 9 Pie” buraxıb

2018-08-07 15:44:00

“Google” şirkəti yeni androidin final versiyasını buraxdığını elan edib. Şirkət dünyada ən populyar operativ sistemin doqquzuncu versiyasının hansı desertin adını daşıdığını da açıqlayıb.

Fins.az “Tehnot”a istinadla xəbər verir ki, yeni versiyanı “piroq”, yəni “Android 9 Pie” adlandırıblar. Jestlərlə müşayiət olunan naviqasiya, “App Actions” və “Slices” proqramlarının parçaları, habelə smartfona ayrılan vaxta nəzarət əsas yeniliklər olub. İstehsalçı adaptasiya olunmuş parlaqlığa və akkumulyatorun optimallaşmasına cavab verən maşın təliminə böyük ümid bəsləyir.

“App Actions” nəzəriyyədə daha böyük maraq doğurub. Anroid smartfon sahibinin sonra nə edəcəyini təhlil edir və dərhal həmin funksiyaları onun sərəncamına verir: məsələn, qulaqlıqları taxan kimi musiqi pleyerini işə salır, konkret insana zəng vurmağı xatırladır və s.

Payızda android “Slices” proqramının parçaları ilə təmin olunacaq. Məsələn, taksi sifariş etmək istəyinizi axtarış sisteminə daxil edən kimi, sistem proqramı dərhal işə salmaqla bərabər, istifadəçinin olduğu yerdən evinə, işinə və hər hansı digər yerə getməsi üçün münasib avtomobil xidmətlərinin linklərini ona təqdim edəcək.

Yenilənmə artıq “Pixel 2/Pixel 2 XL” və “Pixel/Pixel XL”də istifadə oluna bilər. Sistem “Essential Phone” üçün də elə ilk gündən hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254